4 İyul 2017 11:43
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Xalqların Demokratik Partiyasından (HDP) olan millət vəkili Əhməd İldırımın siyasətlə məşğul olması qadağan edilib.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, ölkə prezidentini təhqir etməkdə günahlandırılan millət vəkili ilə barəsində Muş Məhkəməsi qərar çıxarıb. Qərara əsasən, deputata 1 il 2 ay həbs cəzası verilib.

İldırımın vəkillərinin həbs cəzasının təxirə salınması və ya pul cəzası ilə əvəz edilməsi haqda vəsatəti məhkəmə tərəfindən rədd edilib.

Bundan başqa, məhkəmə HDP-li deputat barəsində Türk Cinayət Qanunun 53-cü maddəsini tətbiq edib. Bu maddəyə əsasən, deputat siyasi və ictimai fəaliyyətlı məşğul ola bilməz.

Deputatın vəkilləri qərarla bağlı Ərzurum Apelyasiya Məhkəməsinə şikayət edib.


Müəllif: Cavad

Oxşar xəbərlər