15 İyul 2017 14:41
2 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu 2019-cu ildə ölkədə keçiriləcək prezident seçkilərində namizəd olmayacağını açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, o, “Der Spiegel” jurnalına verdiyi müsahibədə müxalifətin vahid namizəd irəli sürməsinə tərəfdar olduğunu deyib.

Kamal Kılıçdaroğlu vahid namizədin olacağı təqdirdə rəhbərlik etdiyi partiyanın sədrliyində qalacağını bildirib.

Hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğana qarşı eks-prezident Abdullah Gülün namizədliyinin mümkünlüyünə gəlincə, CHP sədri deyib ki, bu barədə Gülün özü qərar verməlidir: “Mən seçkilərə 2 il vaxt qala ad çəkib səhv etmək istəmirəm”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər