17 İyul 2017 10:11
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin sonuna qədər Aşqabadda Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin üçtərəfli görüşü olacaq.

Report xəbər verir ki, bunu Türkiyənin Türkmənistandakı səfiri Mustafa Kapucu bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğan və Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovun görüşündən əvvəl üç ölkənin energetika və xarici işlər nazirlərinin görüşləri baş tutacaq. Nazirlər dövlət başçılarının sammitində müzakirə olunacaq sənədləri və digər məsələləri geniş formada nəzərdən keçirəcəklər.

Xatırladaq ki, üç ölkə liderinin iştirak edəcəyi zirvə toplantısının 2016-cı oktyabrında keçirilməsi nəzərdə tutulurdu, lakin sonradan bu görüş ləğv olunub. Daha sonra görüşün Türkiyədə keçirilməsi gözlənilirdi, amma ötən ilin iyul ayında bu ölkədə dövlət çevrilişi cəhdi səbəbindən təxirə salınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər