Neft borularımız Türkiyədən keçir. Ankara ilə anlaşmamız var. Dialoqlara başlayıb, təbii qaz boru xəttimizin də Türkiyədən keçməsini istəyirik.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri İraq Kürd Muxtariyyətinin baş naziri Nəcirvan Bərzani deyib.
O bildirib ki, Türkiyə ilə münasibətlərini davam etdirmək fikrindədir:
“Sərhədləri dəyişdirməyəcəyik. Sərhədlər olduğu kimi qalacaq. Türkiyə ilə dialoqu genişləndirmək istəyirik. Müharibə ilə nəticələnəcək müstəqillik istəmirik. Bağdad ilə də dialoqa hazırıq. Türkiyə bizim dünyaya açılan qapımızdır”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali İraqdan gələn neft borularını bağlayacaqlarını bildirmişdi.