27 Noyabr 2017 23:10
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Avropa Birliyi ilə imzaladığı anlaşma, daha öncə Gürcüstanın və Ukraynanın imzaladıqları anlaşmanın eynisi deyil, daha zəifidir.

Teleqraf.com xəbər verir ki, bunu tanınmış hüquqşünas Erkin Qədirli qeyd edib.

Hüquqşünas qeyd edib ki, Ermənistanla Avropa Birliyi arasında anlaşmadan Rusiyanın bəyənmədiyi bütün müddəalar (azad ticarət, təhlükəsizlik və s.) çıxarılıb:

“Üstəlik, Metsamor atom elektrik stansiyasının qapadılması üçün tədbirlər, yaxın zamanlarda gerçəkləşməsi mümkün görülməyən siyasi islahatlar, Beynəlxalq Cinayət Məhkəməsi yurisdiksiyasının altına girmək kimi məsələlər də var.

Ermənistanın bu məsələlərin həllini bacardığı qədər uzatmağa çalışacağı aydındır. O da aydındır ki, Ermənistana bu anlaşmanı imzalamağa icazə verdilər. İlk növbədə Rusiya icazə verdi. İranın da buna etiraz etmədiyi anlaşılır”.

Erkin Qədirli bildirib ki, ən önəmlisi heç kəsin Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağı tələb etməməsidir:

“Avropa Birliyi də Ermənistanla anlaşmanı imzalayarkən, belə bir tələbi irəli sürmədi. Rusiyanın Ermənistanda hərbi baza saxlamaq, Ermənistanın rəsmi sərhədlərini qorumaq, İrəvanın beynəlxalq hava limanında FTX-nin buraxılış məntəqəsini rəsmən işlətmək kimi təcrübələrə də Avropa Birliyindən etiraz gəlmədi”.

E.Qədirli hesab edir ki, Azərbaycanın üçün beynəlxalq əlaqələrdə ən önəmli məsələ Qarabağ, ərazi bütövlüyü məsələsidir:

“Bu məsələ hər şeyin başında gəlir. Çox təəssüf ki, biz heç yerdən bu məsələmizə ədalətli yanaşma görmürük. Odur ki, Azərbaycan hökumətinin bir sıra anlaşmalara qoşulmaqdan çəkindiyini, ya da tələsmədiyini anlamaq çətin deyil. Aydındır ki, bizim hökumətin də öz maraqları var və s. Ancaq hökumətlər dəyişə bilər, ölkəmizin qarşılaşdığı geopolitik problemlər isə dəyişməyəcək. Ölkəmizdə gələcəkdə qurulacaq bütün başqa hökumətlər də xaricdən qaynaqlanan eyni problemlərlə üzləşməli olacaqlar. Sadəlöhv olmayaq”.


Müəllif: Cavad

Oxşar xəbərlər