26 Dekabr 2017 13:07
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xmeymim və Tartus hərbi bazalarının taleyi məsələsini Suriya hökuməti ilə müzakirə edəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə naziri Sergey Şoyqu məlumat verib.

O bildirib ki, Rusiya bu bazalarda daimi qalmaq niyyətindədir.

Nazir əlavə edib ki, məsələ Rusiya parlamenti tərəfindən ratifikasiya edilib və bu gündən Dəməşqlə məsələ ətrafında müzakirələrə başlanacaq.


Müəllif: Samir

Oxşar xəbərlər