5 Fevral 2018 19:49
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə İlahiyyat və Xeyriyyə Cəmiyyətləri Birliyi din xadimi Adnan Oktarın Dini Qurumlar Nazirliyi haqqında səsləndirdiyi fikirlərlə bağlı cinayət işinin açılması üçün Dövlət Qulluqçularının Həmkarlar Konfederasiyasina müraciət edib.

Teleqraf.com-un məlumatına görə, İlahiyyat və Xeyriyyə Cəmiyyətləri Birliyinin nümayəndəsi Osman Aydın qeyd edib ki, İslam əxlaqı ilə bir araya sığmayan görüntülərlə xalqın qarşısına çıxan Adnan Oktar və verilişin yayımlandığı "A9" kanalı müsəlmanların narazılığına səbəb olub: "İslam dininin, yəhudi və xristian inancının normal qarşılamadığı görüntüləri yaymaqla A.Oktar ictimiyyətin əsəblərilə oynayır. Gəlişigözəl sözlər, hipnoz, təhdidlərlə gəncləri öz maraqlarına alət edən Adnan Oktarın nə etməyə çalışdığının fərqindəyik. Onun verilişləri İslam və insanlığa qarşı üsyandır. Bunlar dilləri zəhərli, ürəkləri zəncirli, beyinləri korlanmış şəkildə müsəlman Anadolu xalqından və tarixindən intiqam almaq üçün yaradılmış gizli agent şəbəkəsidir".

O.Aydın "A9" kanalının bağlanmasını Həmkarlar Konfederasiyasından tələb etdiklərini bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər