6 Fevral 2018 13:34
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa tərəfi İsrail Təhsil naziri Naftali Bennetin ölkəyə səfərinin təxirə salınmasını istəyib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Polşa hökumətinin sözçüsü İonna Kopsinskaya danışıb.

O bildirib ki, buna səbəb Bennetin “Yəhudi soyqırımında polşalıların ittiham olunmasını qadağan edən qanun”un müzakirəsi zamanı səsləndirdiyi fikir olub.

Kompsinskayanın sözlərinə görə, Bennetin bu açıqlamaları səfərin ləğv edilməsinin vacibliyini bir daha sübut edir.

Məsələ ilə bağlı İsrail Xarici İşlər Nazirliyi hələlik heç bir açıqlama verməyib.

Qeyd edək ki, Bennet parlamentdəki müzakirələr zamanı Polşa xalqını yəhudi soyqırımı törətməkdə ittiham etmişdi.


Müəllif: Samir

Oxşar xəbərlər