Hollandiya parlamentinin "erməni soyqırımı"nın tanınması barədə qərar qəbul etməsinə Türkiyədən ilk reaksiya gəlib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Türkiyənin Avropa Birliyi naziri Ömər Çelik danışıb.
O bildirib ki, bu qərarın Türkiyə üçün heç bir etibarlılığı yoxdur.