27 Fevral 2018 15:48
1 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:53

Niderland Krallığının paytaxtı Amsterdamda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Avropa ölkələrində kütləvi tədbirlərin keçirilməsi, o cümlədən 31 Mart soyqırımının 100 illiyi ilə bağlı qitədə təbliğat işlərinə start verilməsi ilə bağlı müzakirələr keçirilir.

Avropa ölkələrindən toplanan diaspor təşkilatları, bir sıra ölkələrin siyasətçiləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə müzakirələr Avropa Azərbaycanlıları Konqresinin Amsterdamda bu gün baş tutan növbədənkənar qurultayı çərçivəsində olacaq.

Tədbirdə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin rəhbəri, prezidentin köməkçisi Əli Həsənov, "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, "Kaspi" qəzetininin təsisçisi Sona Vəliyeva, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimov və komitənin digər rəhbər şəxsləri, xalq şairi Sabir Rüstəmxanlı, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov, AAK -ın vitse-prezidenti, iş adamı Fizuli Məmmədov, eləcə də ölkə mediasının tanınmış simaları – APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı, Gündəlik Teleqraf Media Holdinqin rəhbəri Aynur Camalqızı, haqqın.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının idarə heyətinin üzvü Azər Həsrət, "Yeni çağ" qəzeti və yenicag.az saytının baş redaktoru Aqil Ələsgər, Azərbaycan-Türkiyə Evinin icraçı direktoru, Azərbaycan Diasporu İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili və digər jurnalistlər iştirak edir.

AAK prezidenti Sahil Qasımov bildirib ki, müzakirələr zamanı Azərbaycan prezidentinin “2018-ci ilin Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamına uyğun olaraq Avropa ölkələrində 100 illiyin qeyd edilməsi ilə əlaqədar tədbirlər planı qəbul ediləcək. Eyni tədbirlər planı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq qitə ölkələrində təbliğat işləri barədə qəbul olunacaq.

Tədbirlər planında Avropa ölkələrinin rəsmi dairələrində soyqırımı ilə bağlı hüquqi sənədlərin tanınması, qanunverici orqanlarda sənədlərin müzakirəsi və s. məsələlər yer alır.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov çıxışı zamanı prezident İlham Əliyevin və Azərbaycan dövlətinin xaricdəki diaspor nümayəndələrinə diqqət və qayğısından, ölkə həqiqətlərinin dünyada daha intensiv təbliğindən danışıb.

Əli Həsənov əhatəli çıxışında erməni diasporunun xarici mediada apardığı çirkin təbliğat. bəzi satqın media qurumlarının onların çirkin təbliğatına alət olması barədə danışıb, Azərbaycanın media qurumlarının, diaspoir təşkilatlarının fəaliyyəti ilə bağlı tövsiyyələrini verib.

***

Qurultayda Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Tərəqqi” medalı ilə təltif etdiyi şəxslərə medalları təqdim edilib.

Qeyd edək ki, xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Rüstəmxanlı Tənzilə Yolçu qızı

Ali Tekin Atalar

Allahverdiyeva İlhamə Kəmənd qızı

Babayeva Ofelya Rəhim qızı

Boçarov Yuri Borisoviç

Demirçi Ayhan Yunus oğlu

Əhmədov Eldar Məmməd oğlu

Əliyev Yunus Dəmir oğlu

Əsgərov Məhəmməd Xəlil oğlu

Hacıyev Qüdrət Əli oğlu

Qarayev Ələkbər Qara oğlu

Muradlı Arzu Oqtay qızı

Nəsirov Seymur Rahim oğlu

Osman Əsli Əli qızı

Rəhimli Səftər Mikayıl oğlu

Rəhman Vaqif Yusuf oğlu

Medal və mükafatlar Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov tərəfindən təqdim olunub.

Qurultay Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər