12 Aprel 2018 14:36
3 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampa qarşı ölkədə güclü daxili təzyiq var.

Teleqraf.com xəbər verir ki, bu sözləri almaniyalı politoloq Ştefan Mayster deyib:

“O özünü güclü insan kimi göstərir və sübut etmək istəyir ki, açıq şəkildə Rusiyaya hücum edə bilər. Ancaq o, Putini birbaşa tənqid etmir. Onu görüşə çağırır”.

Ekspertin sözlərinə görə, Rusiya və ABŞ arasında hərbi toqquşmaları olmayacaq:

“Çox güman ki, hücum amerikalıların dəstəklədiyi digər qüvvələr vasitəsilə həyata keçiriləcək. Ancaq hazırkı vəziyyəti nəzərə alsaq, toqquşmanı da istisna etmək olmaz. Ümid edirik ki, tərəflər toqquşmadan qaçmaq üçün addımlar atacaq”.

Mayster bildirib ki, Tramp siyasətində Putinlə bağlı kobud səhv buraxıb:

“O, elə bilirdi ki, Putin nə vaxtsa təslim olacaq. Tramp Putini yaxşı tanımayıb. Rus siyasəti xuliqan mədəniyyəti üzərində qurulub. Onlarda kompromis yoxdur. Çıxılmaz vəziyyətdə qaldıqları zaman sona qədər döyüşürlər”.


Müəllif: Samir İsayev

Oxşar xəbərlər