31 İyul 2018 08:16
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın təhsil naziri Məhəmməd Bəthayinin ümumtəhsil müəssisələrində qeyri-fars dillərinin qadağan edilməsi ilə bağlı fikirləri ölkənin sosial partlayış ərəfəsində olduğu bir vaxtda səsləndirdi. Hər halda bu məqamda belə fikirlər səsləndirmək ağır nəticələrə yol aça bilər.

Bunları Teleqraf.com-a açıqlamasında Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) sözçüsü Məhsa Mehdili deyib.

M.Mehdilinin sözlərinə görə, son illər İran və Güney Azərbaycanda soydaşlarımızın öz ana dillərində təhsil almaqla bağlı etirazları artıb:

“Kənardan İrana qarşı beynəlxalq təzyiqlər güclənib. ABŞ-ın təzyiqləri də göz qabağındadır. Bu, İran hakimiyyəti daxilində böhrana səbəb olub. Daxildə gedən gərgin proseslər siyasi müstəviyə çıxa bilər ki, bu da İran hakimiyyətinin çökməsinə yol açar.

Hesab edirəm ki, İran təhsil nazirinin bu fikirləri də daxildə etirazları qızışdıra bilər. O, sanki bununla İrandakı hakimiyyətdən narazı siyasi qüvvələri birləşməyə çağırdı.

Nəzərə alsaq ki, İranda işsizliyin səviyyəsi yüksək həddə qalxıb, quraqlıq əlavə problemlər yaradıb və ölkədən gedənlərin sayı artıb, bu o deməkdir ki, yaxın vaxtlarda İran daxilində ciddi təlatümlərin baş verəcəyi gözləniləndir. Buna görə də, ara-sıra bu kimi fikirlərdən diqqət yayındırmaq üçün belə addımlar atırlar. Bu, dolayı yolla həm də hakimiyyətdən narazı olan qüvvələrə birləşmə mesajıdır. Lakin bütün hallarda İran hakimiyyəti şovinist siyasəti ilə öz sonunu gətirir”.

Qeyd edək ki, Təhsil naziri Məhəmməd Bəthayi qeyri-fars dillərin İran üçün təhlükəli olduğunu əsas gətirərək, məktəblərdə tədrisinin qadağan edildiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər