11 Sentyabr 2018 08:36
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyanın Moskvada Dağlıq Qarabağ haqqında səsləndirdiyi fikirlər absurddur. Onun Qarabağı Ermənistanın bir hissəsi kimi təsəvvür etməsi cəfəngiyyatdan başqa bir şey deyil.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən deputat seçilən Elman Məmmədov deyib.

Onun sözlərinə görə, Ermənistanın baş nazirinin mövqeyi münaqişənin həllinə maraqlı olmadığını nümayiş etdirir: “Paşinyan bu cür cəfəng fikirləri ilə danışıqlar prosesinə mane olur. Arzu edirdik ki, Ermənistanın yeni rəhbərliyi rasional düşünərək ədalətli qərar versin, qonşulara münasibətdə düşmənçilik və işğalçı siyasətdən əl çəksin. Lakin bunun əksini görürük. Paşinyan hakimiyyəti sülhə getməsə, Azərbaycan öz gücünə torpaqları işğaldan azad edəcək. Qarabağ bizim tarixi torpağımızdır. 1990-cı illərdə Azərbaycanda bu gün Ermənistandakına bənzər hərc-mərclik yaranmışdı, hakimiyyət böhranı gedirdi. Ermənilər bu məqamdan istifadə edərək Azərbaycan torpaqlarını işğal etdilər. Yaxşı olardı ki, Ermənistanda ağlı başında olan insanlar rəhbərliyə gəlsin və öz xoşları ilə çəkilib getsinlər. Əks təqdirdə Azərbaycan ordusu sözünü demək məcburiyyətində qalacaq. Onsuzda gec-tez torpaqlarımızı işğaldan azad edəcəyik”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər