5 Noyabr 2018 15:12
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycandan olan siyasi fəal Müctaba Süleymani İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) tərəfindən saxlanılıb.

Teleqraf.com xəbər verir ki, fəal 10 gün əvvəl saxlanılsa da, bu barədə açıqlama gecikdirilib.

Müctaba Süleymani SEPAH əməkdaşları tərəfindən saxlanıldıqdan sonra ailəsi aidiyyəti qurumlara müraciət edib, lakin fəalın vəziyyəti ilə bağlı onlara heç bir məlumat verilməyib. Təhlükəsizlik orqanlarından Süleymaninin ailəsinə xəbəri mətbuata çıxarmamaq barədə xəbərdarlıq da edilib.

Müctəba Süleymani həbs edilməmişdən bir neçə gün əvvəl Avəc şəhərinin Ərdalan kənd məktəbinə farsdilli müəllimlərin göndərilməsi ilə bağlı məlumat toplayıb, əldə etdiyi məlumatı mətbuata ötürüb.

Məlumatda deyilir ki, kənd sakinləri farsdilli müəllimlərdən narazılığını M.Süleymaniyə çatdırıblar. Onların sözlərinə görə, məktəblərdə farsdilli müəllimlərin dərs keçməsi azərbaycanlı şagirdlərin dərs öyrənməsinə problem yaradır. Bu məlumatına mətbuatda yayılmasından sonra SEPAH azərbaycanlı fəalın izinə düşüb və onu həbs edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər