13 Noyabr 2018 00:07
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının iqamətgahı Brazilia şəhərində olan Trinidad və Tobaqo Respublikasındakı səfiri Elxan Poluxov bu ölkənin parlamentinin Senatorlar Palatasının prezidenti xanım Kristin Kanqalo ilə görüşüb.

Azərbaycanın Braziliyadakı səfirliyindən Teleqraf.com-a daxil olan məlumata görə, görüşdə səfir Azərbaycan haqqında ətraflı məlumat verib, ölkələrimiz arasında əməkdaşlıq üçün mövcud potensialdan söhbət açıb. Diplomat, həmçinin müasir dövrdə parlament diplomatiyasının əhəmiyyətindən danışıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib.

Xanım Kristin Kanqalo ölkələrimiz arasında münasibətlərin genişləndirilməsinin əhəmiyyətindən danışıb.

Tərəflər gələcəkdə hər iki ölkənin qanunverici orqanları arasında əlaqələrin yaradılması və möhkəmləndirilməsinə dair aparılan işlərin intensivləşdirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə səylərin artırılması barədə razılığa gəliblər.

Elxan Poluxov Trinidad və Tobaqo Respublikası parlamentinin Senatında xatirə kitabını imzalayıb.


Müəllif: Teleqraf.com