Postsovet epoxasının siyasi sirləri arasında hakimiyyətin pərdəyə bürünmüş yüksək təbəqəsində Vladimir Putinlə Heydər Əliyev arasındakı münasibətdə hələ də gün üzünə çıxmayan məqamlar qalıb. Şəxsiyyətlər arası “kimya” haradan qaynaqlanır? Ümumiyyətlə, bunun mənası nədir? Vladimir Putinin 2000-ci ildə prezident seçkilərindəki qalibiyyətindən sonra uzunmüddətli siyasi yaxınlıq, eyni zamanda Moskva və Bakı arasındakı qarşılıqlı hörmətə söykənən münasibəti anlamaq məhz bu sualın cavabından asılıdır.
Publika.az-ın vestikavkaza.ru saytına istinadən təqdim etdiyi yazı bu sualların cavabını tapmağınıza köməklik göstərəcək:
Fabula
İyirmi ilə yaxındır ki, Rusiya və Azərbaycan arasındakı qarşılıqlı münasibətlərin “incə” məqamlarının meyvələrini müşahidə edirik. Postsovet məkanı üçün unikal sayılan belə uzunmüddətli qarşılıqlı xoş münasibəti, müxtəlif modullarda 3 faktorla əlaqələndirə bilərik: elit təbəqənin fikir yaxınlığı - hər iki ölkənin ümumi konservatizm dəyəri, birgə həyata keçirilən investisiya - iqtisadi və digər biznes layihələrin inkişafı yolu ilə “qeyri-liberal demokratiya” modelinin qarşılıqlı dəstəyi, mirasın qorunması məsuliyyəti, “rəngli inqilablar”, Cənubi və Şimali Qafqazın hərbiləşdirilmiş yeraltı mənbələrindən silahlanan gözlənilməz islam inqilablarına qarşı xüsusi xidmət qüvvələrinin sıx qarşılıqlı fəaliyyəti. Dərhal qeyd edək ki, bu qarşılıqlı təsir formulu Qarabağ münaqişəsində yaranmış əngəlləri aşacaq.
Bu, müəyyən olunmuş qaydalardan, yaxud yüksək dərəcənin elit kommunikasiyalarının normasının məchul modelindən yola çıxsaq, son 20 ildə ikitərəfli münasibətlərin çətinlikləri (tutaq ki, qərb şirkətlərinin Xəzər resurslarına sahib çıxması, yaxud Qəbələdəki RLS-nın qarşılıqlı fəaliyyət xarakteri) müvəqqəti idi, və qarşılıqlı inamı sual altında qoyacaq münaqişələrə səbəb olmadı. Digər tərəfdən isə İlham Əliyevin 2015-ci ildə Riqa Şərq Əməkdaşlığı Sammitində iştirakdan imtina etməsi Moskva üçün, Bakının Krım mövzusunda Kiyevlə həmrəy olmasına rəğmən, Moskva ilə hazırlanmış razılıq modelinin qorunmasına şərait yaratdı.
Liderlər
Rus və Azərbaycan bürokratiyası ümumi tarixə əsaslanır. Hakim sinif, 1960-cı ildən öncə bolşeviklər (Azərbaycan üçün bu xətt Vəli Axundovdan Heydər Əliyevə qədərdir), 1990-cı ildən isə siyasi idealistlər və postsovet kapitalistləri arasındakı sərt seçki rəqabətində qalib gələn hakimiyyətdir. Söhbət “Andropov çağırışı” adlanan hakim təbəqədən gedir. Bu insanlar müxtəlif idarəetmə sahələrindən, hakimiyyətdən və sovet ölkələrindən idilər. Buna baxmayaraq hamısı eyni dalğaya köklənmişdilər, həyatın bütün sahələrini və iqtisadiyyatı dərindən modernizə etməyə doğru addımlayırdılar. Heydər Əliyev də onlardan idi. Hətta daha da dəqiq desək, Əliyev həmin dalğanın liderlərindən idi.
Vladimir Putin müəyyən həddə Andropov yeniliklərinin irsinə sadiq idi. Elə qarşılıqlı anlaşma da bu bünövrə üzərində quruldu. Söhbət Heydər Əliyevlə Putin arasındakı hamıya məlum olan fikir ortaqlığından gedir. İllərini kəşfiyyat xidmətinə və təhlükəsizlik sisteminə verən bütün insanlar kimi Putini Heydər Əliyevə peşəkar qardaşlıqdan ziyadə, həm də dərin və aşkar hörmət bağlayırdı.
Aydındır ki, Heydər Əliyev Putinin onun son istəyinə qarşı bəslədiyi münasibətdən və yuxarıda sadaladığımız mental yüksək dəyərlərindən xəbərdar idi.
Rusiyanın Prezident Administrasiyasının keçmiş rəhbəri Sergey İvanovla onun həmkarı, Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin çıxışları və açıqlamaları üzərində hazırlanmış tezislərə diqqət yetirin. Hər ikisi konservativ dəyərlərin əhəmiyyətindən, dövlətin və cəmiyyətin müxtəlif mərhələlərində suverenliyin qorunmasının çətinliyindən bəhs edirlər. Xatırladaq ki, Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının rəhbərləri ilə həm ikitərəfli əsasda, həm də MDB ölkələrinin Təhlükəsizlik Şurasının katiblərinin illik sammitinin iştirakçı kimi davamlı əlaqə saxlayır. Bir-biri üçün bu qədər doğma ideyalara malik iki dövlətin münasibəti daim güclənir. Çətin ki, Ermənistanın baş naziri Nikol Paşınyan və Putin arasında hətta iki dövlət arasındakı stabilliyin qorunması çərçivəsində belə yaxın münasibət yaransın.
Sistem
16 ildən sonra da mahiyyət etibarilə çox az şey dəyişib. Atasının siyasi irsini qoruyan İlham Əliyevlə Vladimir Putin bu gün də ölkələri arasındakı əməkdaşlığa istiqamətləniblər. Əlbəttə ki, onların effektivliyi bürokratik sistemlərin patologiyalarına – korrupsiyadan tutmuş digər özünü göstərən tendensiyalara qarşı dayanıqlı qabiliyyətindən asılıdır. Azərbaycan və Rusiya məsələsində güclü rəqiblərə ehtiyac olmayan Qərb liberal layihəsinin xarici təzyiq problemi də var. Lakin başqa bir problem də var. Bu da son onilliklər ərzində yüksələn "yanan cənub" - islamçı reaksiyanın xaosudur. Bu şəraitdə də ayaqda qalmaq üçün elit təbəqə cəmiyyətin dəstəyinə və səfərbərliyinə ehtiyac duyur.
Əlbəttə ki, sovet ittifaqının SSRİ-Amerika “soyuq müharibəsi” adlı qarşıdurması dövründə olduğu kimi, sanksiyalara cavab olaraq, Qərb dünyası ilə ticarət və iqtisadi əlaqələri azaltmaq, texniki modernizasiya təcrübəsi əldə etmək üçün kanalları kəsmək doğru deyil. Yuri Andropovun da vaxtilə dediyi kimi, Qərb layihəsinin dəyəri də bundadır. Sadəcə işimiz hansı Qərblədir deyə daha dəqiq anlayış formalaşıb. Biz “günbatan Avropa”da əxlaqi və mənəvi cəhətdən xəstə olan, şəxsi və siyasi maksimal azadlığın konservativ, ailə və dövlət dəyərlərini udduğu marşruta minib daha da uzağa getdiyini görürük. Bu mənəvi revmatizm isə postsovet məkanının biznes və siyasətinə də təsirini göstərir.
Elə bu fonda Azərbaycanla Rusiyanın həmrəyliyi əsasında qurulan “ Qərbin alternativi” layihəsi universal prinsiplər, modernizasiya ilə ailə, dövlət dəyərlərinə hörmətin sintezini təşkil edir.
Bu layihənin genişləndirirlməsi ölkələrimizin eləcə də digər dövlətlərin avro-atlantik dünyada inkişafına səbəb olacaq.
Əlbəttə, Rusiyanın və Azərbaycanın miqyasını yumşaq desək yanaşı qoymaq mümkün deyil. Beynəlxalq gündəmdə, sektoral və korporativ maraqlarda fərqlər var. Qarabağ münaqişəsinin həll olunması ilə əlaqədar bəzi fəsadlar mövcuddur. Ancaq Moskva və Bakının fikirləri arasındakı bənzərliklər ümumi vektorun maraqlı mozaikasını çizir. Rusiyada və Azərbaycanda yaşayan bizlər həqiqətən şanslıyıq ki, müasirlərimiz Heydər Əliyev və Vladimir Putin buna nail olublar.