“Aydındır ki, rəsmi İrəvan və Bakı arasında dialoq var və bu, davam edir”.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan münaqişəsinə dair fəaliyyəti davam edir və Rusiya bu istiqamətdə öz köməyini edir.
Zaxarova hesab edir ki, Minsk qrupunun fəaliyyəti münaqişənin dinc yolla həll edilməsi üçün atılan ardıcıl addımlardan biridir.
Rusiya Xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin müzakirə ediləcəyi barədə danışan Mariya Zaxarova deyib:
“Bu məsələ həmişə rusiyalı nazirin bölgəyə səfəri ərəfəsində aktual mövzuya çevrilir. Onu deyə bilərəm ki, bu məsələ həm İrəvanda, həm də Bakıda müzakirə olunur. Bu əsas məsələdir: Rusiya müvafiq prosesin həmsədrlərindən biridir”.