Rusiya Prezidenti Vladimir Putin bu gün kecirdiyi ənənəvi illik mətbuat konfransında ABŞ ordusunun Suriyadan çıxarılmasına münasibət bildirib.
Teleqraf.com-un məlumatına görə, Rusiya lideri Donald Trampın müvafiq qərarını dəstəkləyib: "ABŞ Prezidenti ilə həmfikirəm. Bəli, İŞİD məğlub oldu. Ancaq Rusiyanın Suriyadan çəkilməsini göstərən hər hansı əlamət yoxdur. ABŞ bundan əvvəl Əfqanıstandan da çıxacağını bildirmişdi, hələ də ordadırlar".
Vladimir Putin Suriyadakı vəziyyətin nizamlanması prosesindən razılığını bildirib.
Onun sözlərinə görə, Suriyanın yeni konstitusiyası bu ilin sonu, gələn ilin əvvəlinədək hazır olacaq və növbəti mərhələyə keçid baş tutacaq.