10 Sentyabr 2019 16:44
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənovun və Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini və partiyanın icra katibi Əli Əhmədovun bir neçə deputat həmkarımın dediklərinə münasibət bildirməsi cəmiyyət tərəfindən müsbət qarşılandı.

Teleqraf.com xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, bir daha ən yüksək səviyyədə elan edildi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş vahid dövlətçilik və azərbaycançılıq ideyaları Azərbaycan cəmiyyətini birləşdirən ciddi faktordur:

“Milli həmrəyliyə sədaqət ümummilli liderin siyasi irsinin davamçısı Prezident İlham Əliyevin hakimiyyəti dövründə də ardıcıl olaraq davam etdirilir. İlham Əliyev ilk dəfə prezident seçildiyi 2003-cü ildə səsləndirdiyi “mən bütün azərbaycanlıların prezidenti olacağam” açıqlaması ilə həmin prinsiplərin onun üçün də dəyişməz olduğunu ortaya qoyub”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər