Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynanın Konstitusiyasında təsbit olunduğu kimi, bu ölkənin beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir.
Teleqraf.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayevanın Krım yarımadasında keçirilmiş qondarma “yerli seçkilər” ilə bağlı şərhində bildirilib.
L.Abdullayeva qeyd edib ki, buna görə də, Azərbaycan Respublikası Ukrayna hökumətinin razılığı olmadan keçirilən hər hansı “seçkilər”i tanımır.