27 Sentyabr 2019 16:12
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsi məlumat yayıb.

Teleqraf.com-a daxil olan məlumatda deyilir:

“Xarici İşlər Nazirliyi Fransa Respublikasının Lion inzibati məhkəməsinin bu ölkənin Desin-Şarpyö şəhəri ilə Azərbaycanın işğal olunmuş Xocavənd rayonunun inzibati bölgələrindən biri və Sen-Etyen şəhəri ilə Azərbaycanın işğal olunmuş Şuşa şəhəri arasında müvafiq olaraq 25 sentyabr 2017-ci il və 21 oktyabr 2018-ci ildə imzalanan qeyri-qanuni “saziş”lərin ləğv olunmasına dair cari ilin 19 sentyabr tarixli qərarını alqışlayır.

Xatırladırıq ki, sözügedən qeyri-qanuni “sənədlər” Azərbaycan və Fransanın milli qanunvericiliyi, xüsusilə də Fransa Konstitusiyasının 73-cü maddəsi, “Ərazi Vahidləri Ümumi Məcəlləsi”nin maddələri və 24 may 2018-ci il tarixində daxili işlər və Avropa və xarici işlər nazirləri tərəfindən imzalanmış sirkulyar sənədin müddəalarına zidd olaraq imzalanıb”.

XİN bildirib ki, bu günədək Fransanın şəhərləri ilə Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejim tərəfindən yaradılan “yerli hakimiyyət orqanları” arasında imzalanan 9 qanunsuz “müqavilə” Fransanın müvafiq məhkəmə qərarları ilə ləğv olunub:

“Azərbaycan tərəfi hazırda qüvvədə qalan digər qeyri-qanuni “sənədlərin” də tezliklə Fransa məhkəmələri tərəfindən ləğv ediləcəyinə ümid edir”.


Müəllif: Səxavət

Oxşar xəbərlər