16 Yanvar 2020 11:27
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurasının Mərkəzi Seçki Komissiyası ilə birlikdə jurnalistlər üçün “Seçkinin mediada işıqlandırılması” mövzusunda informasiya sessiyasında Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova çıxış edib.

Teleqraf.com-un məlumatına görə, Səadət Yusifova bildirib ki, biz bura fevralın 9-da keçiriləcək parlament seçkilərində KİV-in rolu və vəzifələrini müzakirə etmək üçün toplaşmışıq:

“2019-cu il Azərbaycan tarixində köklü islahatlar ili oldu. Həyata keçirilən son islahatlar keyfiyyət və kəmiyyət baxımından kəskin şəkildə fərqlənir. Biz artıq ictimai rəyin mühüm rol oynadığı bir dövrə qədəm qoymuşuq. Bu dövr nəsillər arasında tarixi varislik prinsipi saxlanılmaqla yenilənmə, başqa sözlə desək, yaşlı nəslin təcrübəsi ilə gənc nəslin dinamikliyinin sintezini təşkil edir. Bu proses bütün hakimiyyət qollarını əhatə edir. Parlament seçkiləri də bu islahatlar kursunun ayrılmaz tərkib hissəsidir və daha çevik, daha dinamik deputat korpusunun olmasına hədəflənib. Seçkilər müasir beynəlxalq standartlar çərçvəsində keçiriləcək. Media bu prosesin tərkib hissəsidir. İnformasiya axını artdıqca medianın iş yükü də artmış olur. Ölkəmizdə yüzlərlə media qurumu fəaliyyət göstərir. Məsələn, parlament seçkilərinin ödənişli əsaslarla işıqlandırılmasına ümumilikdə 40 KİV – 30 agentlik, 9 qəzet və 1 televiziya kanalı qoşulub. Media qurumları seçki prosesini obyektiv işıqlandırmalı, bütün namizədlərə bərabər şərait yaratmalıdırlar. Eyni zamnda sosial şəbəkələrin inkişafı vətəndaş aktivliyini stmulaşdırır. Bu gün ölkə üzrə internet istifadəçilərinin 82 faiz sosial şəbəkələrdən istifadə edir. Populyarlığına görə ilk sırada 74 faizlə “Youtube” videohostinqi, 62 faizlə “Facebook”, 58 faizlə “İnstagram” dayanır. Sosial media ictimai rəyi formalaşdıran əsas amillərdən birinə çevrilib. Fəal blogerlər, səhifə adminləri daşıdıqları məsuliyyəti dərk etməlidirlər”.

Səadət Yusifova bildirib ki, imza vərəqi götürən 1774 nəfərin 300-ə yaxını 19 siyasi partiyanı təmsil edir:
“Artıq qeyd edildiyi kimi, onlardan 1534 nəfəri qeydə alınıb. Bu isə bir yerə 11 nəfərin düşməsi deməkdir. 125 seçki dairəsi üzrə təbliğqat-təşviqat üçün 128-i açıq, 128-i qapalı olmaqla ümumilikdə 256 yer ayrılıb. Təbliğat-təşviqat prosesi zamanı qara piar da istisna deyil. Bu baxımdan media qurumları öz fəaliyyətlərində qanunvericiliyi rəhbər tutmalıdırlar. Əminik ki, seçki prosesi uğurları ilə yadda qalacaq. Media qurumları isə demokratiya və sosial məsuliyyət ənənələrinin daha da formalaşmasına öz töhfələrini verəcəklər”.


Müəllif: Səxavət

Oxşar xəbərlər