MSK-nın iclasında 80 saylı İmişli-Beyləqan seçki dairəsində baş vermiş qanun pozuntularına dair şikayətə baxılıb.
Teleqraf.com xəbər verir ki, məsələ barədə məlumat verən MSK katibi Arifə Muxtarova bildirib ki, bu dairədən şikayətlərdə müşahidəçilərə seçkini müşahidə etməyə imkan verilmədiyi bildirilib.
A.Muxtarova konkret seçki məntəqələrində baş verən konkret pozuntuları sadalayıb.
O deyib ki, araşdırma zamanı qanun pozuntularının bir çoxu öz təsdiqini tapıb. A.Muxtarovanın sözlərinə görə, müşahidəçilərə protokollar təqdim edilməyib.
Arifə Muxtarova bildirib ki, bu dairədə seçicilərin öz iradəsini ifadə etməsi mümkün olmayıb.
MSK katibi qeyd edib ki, bu seçki dairəsi üzrə 49 seçki məntəqəsindən 29-da səsvermənin nəticələri etibarsız hesab edilməlidir ki, bu da seçicilərin 25 faizindən çox edir. Onun sözlərinə görə, MSK-nın Ekspert Qrupunun bu dairə üzrə seçkilərin nəticələrinin etibarsız hesab edilməli olduğu qənaətinə gəlib.
A.Muxtarova bu dairədə səsvermənin nəticələrinin etibarsız hesab edilməsinə dair hazırlanan qərar layihəsini oxuyub. Hazırda qərar layihəsi ətrafında müzkairələr gedir.
A.Muxtarova bu dairədə səsvermənin nəticələrinin etibarsız hesab edilməsinə dair hazırlanan qərar layihəsini oxuyub. Hazırda qərar layihəsi ətrafında müzakirələr gedir.
MSK üzvü Şaiddin Əliyev qərar layihəsinin lehinə çıxış edib. MSK katibi Mikayıl Rəhimov da qərarı dəstəklədiyini vurğulayıb. Müzakirədən sonra bu seçki dairəsində nəticələr ləğv olunub.
Hazırda məsələnin müzakirəsi davam edir.
Xatırladaq ki, bu dairənin lider namizədi Çingiz Qənizadə idi.