Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası keçirilib.
İclasda partiya rəhbərliyi və Siyasi Şuranın üzvləri ilə yanaşı, Milli Məclisin YAP üzvü olan deputatları da iştirak edib.
İclasda partiyanın tapşırıq və tövsiyələri deputatların diqqətinə çatdırılıb.
Bununla da YAP Siyasi Şurasının iclası başa çatıb.
***
15:17
Bu gün saat 15:00-da Yeni Azərbaycan Partiyasının xüsusi iclasının başladığı barədə məlumat yayılıb.
Teleqraf.com məsələ ilə bağlı YAP-ın mətbuat xidmətinin rəhbəri, partiyanın Siyasi Şurasının üzvü Hüseyn Paşayevlə əlaqə saxlayıb.
Hüseyn Paşayev bildirib ki, partiyada heç bir xüsusi iclas çağırılmayıb:
“Xeyr, heç bir xüsusi iclas çağrılmayıb. Partiyanın Siyasi Şurasının iclasıdır. İclasda partiyadaxili məsələlər müzakirə olunacaq. Ənənəvi qaydada keçirilən iclasdır”.