1 Aprel 2020 08:45
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda COVİD-19 infeksiyasının qarşısını almaq, əhalini bu virusdan qorumaq üçün görülən tədbirləri yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bir sıra addımlar vaxtında atılıb. Əhali də, bu addımlara əməl etməli, beləcə toplum şəklində bu bəladan xilas olmalıyıq.

Bu fikirləri Teleqraf.com-a filosof Niyazi Mehdi deyib.

Fəlsəfə doktoru həmçinin hesab edir ki, COVİD-19 virusuna yoluxanlarla bağlı informasiyalar daha operativ şəkildə cəmiyyətə çatdırılmalıdır. Onun fikrincə, bu məsələ cəmiyyətimiz üçün vacibdir:

“İnsanlarımızı gündəlik bir neçə dəfə etibarlı informasiya ilə təmin etmək lazımdır. Vətəndaşlar gün ərzində bilməlidir ki, nə qədər insan xəstəliyə yoluxub, neçəsinin durumu ağırdır, neçəsi vəfat edib. Hesab edirəm ki, bu, həm də insanların təhlükənin masştabı, hər kəsə təsir gücünü daha real şəkildə anlamasına səbəb olacaq”.

Alim eyni zamanda əsas olmadan küçələrə çıxmağa, belə gərgin durumda şəhərə gəzməyə getməyə, ad günləri şənliklərinə heç bir ehtiyac olmadığını xüsusilə vurğulayıb:

“Bunları əsla etmək olmaz. İnsanlar bu cür davranış və xasiyyətlərini dərhal dayandırmalıdırlar. Belə addımlara ehtiyac yoxdur. Fikrimcə, insanların karantin rejiminə əməl etməməsinə səbəb onların təhlükəni real görməməsindən doğur. Onlar təhlükəni yalnız televiziya kanallarında görürlər. Yaxınlarında, qohumlarından biri xəstələnsə, təhlükəni daha reala anlaya bilərlər. Mən insanlarımızı qorunmağa, sosial izolyasiya prosesini sistemli aparmağa, karantin qaydalarına əməl etməklə həmrəyliyə dəvət edirəm”.


Müəllif: Cavad

Oxşar xəbərlər