“Avropa İttifaqının bir çox ölkəsi ilə Azərbaycanın sıx əlaqəsi mövcuddur. Avropa İttifaqı ilə yeni sazişi imzalamaq ərəfəsindəyik. Artıq sənədin 90 faizi hazırdır”.
Teleqraf.com verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında spiker Sahibə Qafarova deyib.
Sahibə Qafarova bildirib ki, Prezident Şərq Tərəfdaşlıq Formunda çıxış edərək Ermənistanı bir daha dünya qarşısında açıq mətnlə ifşa etdi:
“Ermənistan danışıqlar prosesini pozur və beynəlxalq hüquqa əməl etmir. Prezidentin bu çıxışı qarşısında Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən susmağa məcbur oldu. Möhtərəm prezident İlham Əliyev bir daha sübut etdi ki, Azərbaycan mövqeyini beynəlxalq aləmdə qətiyyətlə qoruyur”.