23 İyun 2020 13:28
2 359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin son bəyanatı ciddi şərh edilir. Əlbəttə, bu, xoşagələn bəyanat deyil. Amma məsələnin başqa tərəfi də var. Putin Rusiya cəmiyyətində reytinqinin sürətlə aşağı düşdüyünü bilir, əvvəlki kimi populyar olmadığını görür. Rus xalqı hazırda başlarına gələn bəlalara görə, Putini günahkar görür. Məhz bu səbəbdən də Putin milli hislərlə oynamağa çalışır. Bunu bir dəfə Ukrayna ilə bağlı həyata keçirib. Krımı işğal edərək, rus xalqı qarşısında reytinqini qalırdı. İndi də belə bəyanat və söz yığını ilə özünün reytinqini qaldırmağa çalışır.

Bu fikirləri Teleqraf.com-a professor Firudin Cəlilov Rusiya Prezidenti Vladimir Putinin Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə dair səsləndirdiyi bəyanatı şərh edərkən deyib.

Xatırladaq ki, Putin bəyanatında açıq tonla qeyd edib ki, sovet ittifaqının tərkibinə qatılmış respublikaların çoxuna Rusiyanın geniş əraziləri bəxş edilib. Bu torpaqlar sovetlər dağılarkən geri qaytarılmayıb. SSRİ-nin tərkibindən çıxanda bu respublikalar həmin torpaqları geri qaytarmalıydılar, özləri ilə rus xalqının hədiyyəsini də dartıb aparmamalı idilər.

Firudin Cəlilova görə, bu tip bəyanatla Rusiya lideri rus xalqının ona olan etimadını geri qaytarmağa çalışır:

“Əslində bu cür gedişlər əvvəllər də olub. Məsələn, Putin bir vaxtlar Qazaxıstan haqqında da danışarkən demişdi ki, onların dövləti olmayıb. Bundan dərhal sonra keçmiş Qazaxıstan Prezidenti Nur Sultan Nazarbayevin əmri ilə filmlər çəkildi, müxtəlif tarixi videolar yayıldı. Ondan sonra ruslar qazaxlardan əl çəkdilər. Mən, indiki mərhələdə Putinin belə bəyanatlar səsləndirməsinin səbəbini onun rus xalqı daxilində öz nüfuzunu qaldırmaq istəyi ilə əlaqələndirirəm”.

Sonda türkoloq alim qeyd edib ki, Rusiya Putinin bu bəyanatına əsaslanaraq, hər hansı bir ölkəyə torpaq ərazisi iddisı ilə çıxış etməyəcək:

“Məqsəd, itən nüfuzu bərpa etməkdən gedir”.


Müəllif: Cavad

Oxşar xəbərlər