15 Sentyabr 2020 12:34
1 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər ölkəmizdə virusa yoluxanlarla sağalanlar arasında müsbət dinamika müşahidə edilir. Virusdan ölüm göstəricisi də demək olar ki aşağı düşüb. Məhz bu göstəriciləri nəzərə alan Operativ Qərərgah karantin qaydalarında bəzi yumşaldıcı qərarlar qəbul edib. Rayonlara gediş-gəlişin bərpa edilməsi, məktəblərin açılması təbii ki, tətbiq edilən yumşaldıcı tədbirlər çərçivəsində mümkün olub.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı bildirib.

Komitə üzvü qeyd edib ki, xidmət sektorunda da müəyyən edilmiş qaydalarda təsirli dərəcədə yumşalıdıcı addımlar atılıb.

Millət vəkili bildirib ki, vətəndaşların sağlamlığı və təhlükəsizliyi naminə dövlətin atmış olduğu bütün zəruri addımlar müsbət nəticəsini göstərir: “Azərbaycanda koronavirusa qarşı mübarizədə çox böyük işlər görülüb. Bütün bunların fonunda vətəndaşlarımızın da üzərinə mühüm vəzifələr düşür. Vətəndaşdan tələb edilən şərtlər onun sağlamlığı üçün zəruridir. İnsanlar 3 qızıl qaydanı özləri üçün bir halına çevirməlidir. Tibbi maskadan istifadə, sosial məsafə və gigyenik qaydalara ciddi şəkildə əməl edilməsi əsas şərt olaraq qalır”.

Məlahət İbrahimqızı vurğulayıb ki, Avropanın bir sıra ölkələrində artıq ikinci dalğa ilə bağlı həyəcanlı xəbərlər gəlir.

Deputat qonşu Gürcüstanda, Rusiyada, qardaş Türkiyədə də virusa yoluxma ilə bağlı yenidən artım olduğunu diqqətə çatdırıb: “Ölkəmizdə son günlər katantin qaydalarında edilmiş bəzi yumşalmalar yenidən yoluxma riskinin artmasına şərait yarada bilər. Ona görə də, insanlarımız cəmiyyətin təhlükəsizliyi naminə daha diqqətli və məhsuliyyətli olmalıdır. Yoluxmanın artması yenidən karantin qaydalarında müəyyən dəyişiklikləri labüd edir”.

Səhiyyə komitəsinin əlavə edib ki, dövlətimiz insanların sağlamlığı və sosial qayğılarının qarşılanması baxımından üzərinə düşən bütün vəzifələri uğurla icra edib: “Sözsüz ki, ölkəmizdə də yendən yoluxma halında artım baş verərsə, karantin qaydalarında da yenidən dəyişikliklər edilə bilər.

Karantin qaydalarının bəzən insanlarda psixoloji gərginliyə səbəb olması ilə bağlı fikirlər səslənir. Amma karantin qaydaları həbsxana qaydaları deyil. Operativ Qərargah yoluxma sayında artma-azalma tendensiyaları qeydə alınandan sonra qaydaların ləğvi və bərpası ilə bağlı qərar verir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər