29 Oktyabr 2020 16:06
22 763
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Bərdədə mülki əhalini hədəf almaqla, bu gün Cenevrədə keçirilməsi planlaşdırılan görüşü sabotaj etdi”.

Bunu Teleqraf.com-a politoloq Yeganə Hacıyeva deyib.

Ekspert işğalçı Ermənistanın münaqişənin dinc yolla həlli səylərini puça çıxardığını bildirib.

Onun fikrincə, görüşün vaxtının dəyişdirilməsini məsələsinə gəldikdə, bu, bir neçə zərurətdən doğub. Birinci, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün baza prinsiplərinə uyğun lazım olan addımların müzakirəsi. İkinci, şərtlərin razılaşdırılması və razılaşdırılmış şərtləri həyata keçirmək üçün addımların atılması.

Dünən Ermənistan post-sovet tarixində MDB ölkələrində mülki əhaliyə qarşı həyata keçirilmiş ən qanlı təcavüzlərindən birini reallaşdırmaqla bugünkü görüşü sabotaj etdi. Ermənistan həm də bu sabotaj “danışıqlar əhəmiyyətsizdir” mesajını verdi. Bu isə Ermənistan Baş Naziri Nikol Paşinyanın “konfliktin diplomatik həlli mövcud deyil” açıqlamasını təsdiqləmiş olur. Yəni Ermənistan Minsk Qrupu və ya BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin münaqişənin dinc yolla həllinə dair səylərini əhəmiyyətsiz edir”.

Yeganə Hacıyeva qeyd edib ki, bugünkü görüşün təxirə salınması, Azərbaycana yeni təkliflər hazırlanmasına imkan verir:

“Yeni təkliflər atəşkəsin monitorinqi üzrə parametrlər mövzusunda cəld və çevik təsir alətlərinin formalaşması ilə münaqişənin tam həlli prosesini ehtiva edir. Azərbaycan tərəfi danışıqlarla paralel getməsində israr etdiyi təkliflərdən bir neçəsi bunlardır:

Birinci, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərinin hamısından çıxarılması ilə bağlı konkret vaxt cədvəli müəyyən edilməlidir. Vaxt cədvəli məsələsi keçən görüşdə razılaşdırılıb.

İkinci, Ermənistan tərəfi vaxt cədvəlinə ciddi riayət etməlidir.

Üçüncü, yayınmalar olacağı halda həmsədrlər və tərəflərin məsuliyyəti və öhdəliyi müəyyənləşdirilməlidir.

Ermənistan dünən Bərdəyə hücumla humanitar atəşkəs dövründə insanlığa qarşı cinayət törətməklə, həmsədrlərin münaqişənin sülh yolu ilə həlli məsələsindəki xülyalarını basdırmış oldu. Biz bunu həmişə bildirmişik və Ermənistan növbəti dəfə sübut etdi ki, haqlı olan bizik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər