23 Noyabr 2020 20:00
1 463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə Türkiyə arasında danışıqlar davam edir. Verilən açıqlamalardan da görünür ki, iki ölkə arasında danışıqlar hələ başa çatmayıb. Düzdür, protokola əsasən Azərbaycana gələcək Türk ordusu monitorinqlə məşğul olacaq. Özü də bu prosesi məsafədən, xüsusi avadanlıqlar vasitəsilə icra edəcəklər. Amma Türkiyə və Azərbaycanın tərəfinin istəyi budur ki, Türk ordusu ancaq monitorinqi həyata keçirməsin. Eyni zamanda separatçılığın, təxribatın qarşısının alınmasına, Azərbaycanın beynəlxalq hüquqlarının pozulmasına qarşı fəal olsun.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Tahir Kərimli deyib.

O, bildirib ki, Türk ordusunun Azərbaycana gəlişi sevincli hadisədir:

“Nəyi gizlədək? Türkiyə bizim təbii müttəfiqimizdir, hər bir istiqamətdə bizi müdafiə edir. Hər kəs də Türkiyənin burada varlığını istəyir. Amma bütün bunlar danışıqlardan keçir. Düşünürəm ki, indi həssas məqamdır və hər iki tərəf buna diqqət edir”.

Tahir Kərimli xatırladıb ki, İran və Rusiya vaxtı ilə müharibə vəziyyətində olublar:

“Amma sonra bu ölkələr arasında əlaqələr bərpa olundu. Putinin özü də açıq deyir ki, Avropada bir-birinə qarşı müharibə aparan ölkələr indi dostlaşıb. Rusiya ilə Türkiyə tarixdə səkkiz dəfə müharibə edib. Amma indi elə məqam gəlib ki, Putin əməkdaşlığın Rusiyanın daxili təhlükəsizliyi üçün də vacib olduğunu hesab edir. Nəzərdə tutur ki, Rusiya daxilində yaşayan 30 milyona yaxın Türk-İslam əhalisinin varlığı nəzərə alınmalıdır. 2-3 milyon erməniyə görə, bu cür sərt qərar qəbul etmək olmaz. Yəni əməkdaşlıq lazımdır və vacibdir. Həssaslıq da onunla bağlıdır ki, bu əməkdaşlıq gələcəkdə inkişaf da edə, korlana da bilər. Heç kim pisləşmədə maraqlı deyil. Mən hesab edirəm ki, tədricən regionda Türkiyənin varlığı güclənəcək”.


Müəllif: Cavad

Oxşar xəbərlər