24 Noyabr 2020 15:56
1 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Senatının nə edəcəyindən asılı olmayaraq, beynəlxalq qanuna qarşı çıxan özünə problem yaradacaq. Artıq Fransa prezidenti məlum bəyanatı səsələndirib. Onun qəbul etmək niyyətində olduğu qanun Fransa dövlətinə daha böyük problemlər yaradacaq. Qanunun aliliyindən danışan ölkənin açıq-aşkar dünya ictimaiyyətinin gözü önündə qanunlara hörmətsizlik etməsi, öz nüfuzunu sıfıra endirmək deməkdir.

Bunu Teleqraf.com-a Azərabaycanın AŞPA-da Nümayəndə Heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib.

Onun sözlərinə görə, bu addım atılacağı təqdirdə bundan sonra beynəlxalq münasibətlərdə heç kəs Fransanın sözünə, onun davranışına ciddi əhəmiyyət verməyəcək:

"Erməni lobbisinin və başqa məqsədli qrupların niyyətlərini həyata keçirmək üçün senatın atacağı addıma adekvat olaraq Fransa hökuməti öz mövqeyini qanuni şəkildə ortaya qoymalıdır".

Səməd Seyidov qeyd edib ki, Fransa senatında atılacaq bu addım Qərb dövlətlərinin yeni bir oyunudur:

“Mənzərə isə odur ki, Fransa parlamenti “hə”, hökuməti isə “yox” deyir. Bu ikiüzlü Qərb siyasətini Fransada həyata keçirməyə çalışırlar. Amma bu normal bir çıxış yolu deyil. O qədər yalan və çirkaba batıblar ki, proseslərdən çıxa bilmirlər. Bütün hallarda atılacaq istənilən addım özlərinin ziyanına olan bir prosesə çevriləcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər