7 May 2021 10:16
1 722
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qırğızıstan və Tacikistan arasında yaşanan münaqişədə Rusiya və İran maraqlıdır. Xüsusilə, bir müddət əvvəl yerli medianın Turan Ordusu haqda şişirdilmiş materiallar verməsi doğru deyildi. 1992-1993-cü illərdə Əbülfəz Elçibəy də bu ideyaları səsləndirmişdi. Düşmən oyandı və Qarabağ işğal edildi. İndi də Turan məsələsi gündəmə gələn kimi Orta Asiyada ölkələr arasında nifaq toxumu səpirlər”.

Bu fikirləri Teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.

O xatırladıb ki, Tacikistan fars dilli, qırğızlar isə Orta Asiyada ən fəal türklərdir:

“Bu səbəbdən də onları üz-üzə qoydular. Rusiyanın həm Tacikistanda hərbi bazası var, həm də orada ikinci dövlət dili rus dilidir. Qırğızıstan isə rəngli inqilabların ən çox baş verdiyi məkandır. Fərqanə vadisində isə son 50 ildə üçüncü dəfədir ki, qarşıdurma yaranır”.

Cümşüd Nuriyev əmindir ki, Orta Asiyada yeni münaqişə yaratmaq planları ba tutmayacaq:

“Mənim anladığım odur ki, Nursultan Nazarbayev Türk dünyasına çox böyük xidmət göstərdi və bu təhlükənin qarşısı alındı. İndi orada tək-tük atışmalar olsa da, məsələ böyüyə bilməz. Çünki Nazarbayev bu işə qarışaraq həllinə səbəb oldu. Ancaq birmənalı olaraq oradakı hadisələrdə Rusiya kəşfiyyatının təsiri var və güclü işləyiblər”.


Müəllif: Cavad

Oxşar xəbərlər