21 May 2021 14:08
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi davamlı olaraq aktual mövzularda müzakirələr təşkil edir. Artıq Mərkəz dünyanın aparıcı qurumlarından birinə çevrilir. Mərkəzin fəaliyyəti dünyada sülhün, sabitliyin və ədalətin təmin olunmasına yönəlib. Təşkilatın bu dəyərlərin təşviq olunması baxımından zəngin təcrübəsi var. Bu mənada ötən gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələri mühüm məqamlarla yadda qaldı.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O qeyd edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq dünyanın beyin mərkəzinə çevrilib: “Burada uzun müddət mötəbər beynəlxalq təşkilatlara, o cümlədən dövlətlərə rəhbərlik etmiş şəxslər təmsil olunur. Bu baxımdan Nizami Gəncəvi Beynəlxalq Mərkəzində cənab Prezidentin verdiyi mesajlar xüsusi əhəmiyyətə malikdir. Vətən müharibəsindən sonra yaranmış reallıq və bu reallıqda Azərbaycanın nümayiş etdirdiyi mövqe xüsusilə diqqəti çəkir”.

Millət vəkilinə görə, 44 günlük Vətən müharibəsindən sonra formalaşmış reallıq Azərbaycanın Cənubi Qafqazda lider dövlət olmaqla yanaşı sülhün və təhlükəsizliyin təminatçısı olduğuna təminat verir.

Cavid Osmanov hesab edir ki, 30 ilə yaxın davam edən işğala son qoyulduqdan sonra bölgədə qarşılıqlı əlaqələrin səmərəli platformasına zəmin yaranıb: “Bu platforma bölgə ölkələrinin inkişafı ilə yanaşı daha böyük coğrafiyada təşəbbüsləri özündə ehtiva edir. Məhz bu səbəbdən Zəngəzur dəhlizinin açılması ilə yeni kommunikasiyaların bərpası, iqtisadi əlaqələrin formalaşmasında mühüm amil olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər