24 İyun 2021 09:30
1 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan bir dövlət kimi Rusiyadan asılıdır. Deməli İrəvan Rusiyaya qarşı inqilab edə bilməz. Etməyəcək də. Rusiya Ermənistanda öz köklərini saxlayıb və əlaqələrini qurub. Heç nə ola bilməz”.

Bunu Teleqraf.com-a politoloq Rüstəm Məmmədov hakimiyyətini təmin edən Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya qarşı atacağı addımları şərh edərkən deyib.

Rüstəm Məmmədov Nikol Paşinyanın Qərb dəyərlərinə əsaslanan siyasət həyata keçirəcəyinə inanmır.

Onun fikrincə, erməni, ermənidir: “Nə edəcək? Rusiyanı qovacaq? Bu mümkünsüzdür. Mən bəyan etmişdim ki, Robert Köçəryan ona qalib gələ bilməz. Seçkini də Paşinyanın udacağını qeyd etmişdim. Bunların hamısı baş verdi. Bəzən deyirdilər ki, bu seçkilərdə Rusiya Robert Köçəryanı müdafiə edir. Məncə, bu, əsassız yanaşma idi. Ruslar Nikol Paşinyanı müdafiə etdilər. Onlar Robert Köçəryanı müdafiə edib hakimiyyətə gətirsəydilər, növbəti mərhələdə Ermənistana hərbi yardım etmək haqqında düşünməli idilər. Bu da ruslara sərf edən addım deyildi. Nikol Paşinyan daha sərfəli fiqurdur”.

Rüstəm Məmmədov əlavə edib ki, artıq Robert Köçəryan siyasi baxımdan ölü cəsəddir: “Onun revanş etməsi, hansısa addımlar atması qeyri mümkündür. Artıq onların qatarı gedib. Son seçkilər bunu bir daha ortaya qoydu”.


Müəllif: Nemət

Oxşar xəbərlər