18 Sentyabr 2021 09:39
1 515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gorus-Qafan yoluna (Azərbaycandan keçən hissəsi 21 kilometrdir) Ermənistanın alternativ yol çəkməsi çox çətindir. Həmin alternetiv yolun uzunluğu 45 kilometr təşkil etməlidir ki, bu da meşəlik ərazidən keçir. Bir sözlə, bu yolu çəkmək üçün Ermənistan büdcəsində vəsait yoxdur. Üstəlik oranın relyefi mürəkkəbdir və qarşıdan da qış fəsli gəlir. Vəsait olsa belə, qışa çatdıra bilməzlər.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov Ermənistanın İran-Ermənistan yolunun Azərbaycan ərazisindən keçən hissəsinə alternativ yol çəkmək haqda ideyalarını şərh edərkən deyib.

Deputat bildirib ki, indiki halda ən azı bir il müddətinə Ermənistan Azərbaycan ərazisindən keçən İran-Ermənistan beynəlxalq yoluna möhtac qalacaq. Üstəlik onların vəsaiti yoxdur. Əgər vəsaitləri olsaydı, bunu çoxdan çəkərdirlər. Onlar dilənçi vəziyyətindədirlər, ildə bir neçə dəfə dünyanın müxtəlif ölkələrinə səfər edərək ianələr toplayırlar. Bu saat Nikol Paşinyan həmin yolu çəkmək üçün Avropa İttifaqından pul istəyir”.

Elman Məmmədov xatırladıb ki, müharibədən keçən 10 ay ərzində Azərbaycan işğaldan azad etdiyi ərazilərdə gördüyü işlərin iqtisadi baxımdan nəhəngliyi ortadadır:

“Hava limanları, böyük yollar, tunellər, inşa olunan ərazilər, Şuşanın bərpası və daha nələr... Bütün bunlar üçün vəsait lazımdır. Şükürlər olsun ki, bizdə belə vəsait var. Güclü Azərbaycan var. Ermənistan dilənçi durumdadır. Dünən bir erməni mütəxəssis yazmışdı ki, 44 günlük müharibədə Ermənistanın məhv edilən və ələ keçən hərbi texnikasının dəyəri 4 milyard dolları keçir. Üstəlik müharibənin digər xərcləri var. Onlar da pul yoxdur. Bu yola hələ çox ehtiyacları olacaq. Gündə bir sərsəm bəyanat vermələri ancaq mövqelərini möhkəmlətmək üçündür. Amma reallıqlarla hesablaşmaq lazımdır”.


Müəllif: Nemət

Oxşar xəbərlər