24 Sentyabr 2021 10:44
1 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ziyafət müəllim, Türkiyə prezidentinin BMT tribunasından Azərbaycana dəstəyi hansı mesajlarla yadda qaldı?

- Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq artıq böyük bir fəlsəfəyə çevrilib. Bu münasibətlərin alternativi yoxdur. İki qardaş ölkə arasında münasibətlər hər zaman belə olub, bundan sonra da əbədi olaraq bu cür qalacaq. 44 günlük Vətən müharibəsindən əvvəl də, müharibənin gedişində, ondan sonra da qardaş Türkiyə və onun rəhbərliyi başda cənab Rəcəb Tayyib Ərdoğan olmaqla Azərbaycana açıq dəstək nümayiş etdirib.

Bu gün də qardaş ölkədən Azərbaycana ən yüksək səviyyədə açıq dəstək var. Məhz BMT tribunasından Azərbaycana qardaş ölkə prezidenti tərəfindən birmənalı dəstək ifadə olundu.

- Rəcəb Tayyib Ərdoğanın bu dəstəyi region və dünya üçün hansı anlama gəlir?

- Bu dəstək açıq mesaj idi. Eyni zamanda Ermənistana və ona havadarlıq edənlərə də açıq bir ismarıç oldu.

Qardaş ölkə rəhbəri bir daha bəyan etdi ki, Azərbaycan tək deyil, Türkiyə hər zaman onun yanındadır. Eyni zamanda Azərbaycanın malik olduğu güc də bu beynəlxalq tribunadan açıq şəkildə ifadə olundu. Məhz bu səbəbdən cənab Əradoğan tərəfindən BMT tribunasından Azərbaycanla bağlı verilən bəyanatın çox böyük siyasi mənası var.

- Bölgədə Azərbaycan-Türkiyə və Pakistan birgə icra etdiyi hərbi təlimlərdən narahat olanlar da var. Bu məsləni necə şərh edərdiniz?

- Bu yaxınlarda üç qardaş ölkə olan Azərbaycan, Türkiyə və Pakistanın birgə icra etdiyi hərbi təlimlər razılaşmış proqrama əsasən keçirilib. Burada kiminsə narahatlığını ifadə edəcək heç bir hədəf yoxdur. Eyni zamanda qardaş Türkiyə ilə də hazırda Naxçıvanda hərbi təlimlər icra edilir. Bu təlimlər ölkələr arasındakı razılaşdırılmış hərbi əməkdaşlığa əsaslanır.

Eyni zamanda bu cür hərbi təlimlər məhz regionda sülhə, təhlükəsizliyə, sabitliyə xidmət edir. Ermənilərin və başqalarının bu hərbi təlimlərdən qorxu və narahatlığı heç cür izah oluna bilməz. Üçtərəfli və iki tərəfli hərbi təlimlər sırf ordular arasındakı müəyyənləşmiş qrafikə, silahlı qüvvələrin mobil şəkildə iştirakını, əlaqələrinin intensivləşməsini özündə ehtiva edir.

Bu təlimlərdə Azərbaycanın müttəfiqləri öz təcrübələrini bölüşmək üçün aktiv yer alıb. Bundan kimlərinsə narahatlığı və ya əksinə, dərhal özlərinin belə hərbi təlimlərə başlamaq cəhdləri başa düşülən deyil.

- 30 ildə özlərinə “müstəqil” dövlət qura bilməyən erməni cəmiyyətinin iki erməni dövləti yaratmaq kimi paradoksunu necə izah etmək olar?

- Çox ironik haldır ki, Ermənistan özünün dövlət “müstəqilliyini” qeyd edir. Ermənistan nə vaxt müstəqil dövlət oldu ki, bunu da qeyd etsin? Bu yanaşmanın özü gülüncdür. Şam işığında “müstəqillik” qeyd etmək gülünc haldır. Sadəcə onlar özlərini göstərməyə çalışırlar ki, guya “müstəqil dövlətlər” var. Unudurlar ki, bundan sonraki davranışları xəyallarının da sonu olar.

- Paşinyanın Türkiyə ilə münasibətlərə can atması ilə bağlı ritorikası var. Bu münasibətlərin bərpası hansı şərtlər daxilində mümkün ola bilər?

- Sözsüz ki, bu bəyanatın özü də bir daha erməni baş nazir Nikol Paşinyanın iç üzünü açmış oldu. Əslində Paşinyanın niyyəti o idi ki, gizli yolla Türkiyə ilə əlaqəyə girsin. Məhz cənab Əradoğan da onu açıq şəkildə ifşa etdi. Qardaş ölkə rəhbəri açıq şəkildə bəyan etdi ki, Gürcüstan baş naziri vasitəsi ilə Paşinyan onunla danışıqlara başlamaq niyyətinin olduğunu bildirdi.

Cənab Əradoğan da Ermənistanla aparılacaq danışıqların başlıca şərtinin Azərbaycanla olan bütün məsələlərin həllindən sonra mümkün olacağını söylədi. Qardaş Türkiyənin Ermənistandan və onun siyasi rəhbərliyindənm tələbi odur ki, Azərbaycanın ərazi bütövlüyü tanınsın və onun tələbləri icra edilsin. Bundan sonra Ermənistanla hansısa bir danışıqların mümkünlüyü gündəmə gələ bilər.

Ermənistanın siyasi rəhbərliyi elə görüntü yaratmağa çalışırdı ki, sanki Azərbaycanın xəbəri olmadan qardaş Türkiyə ilə danışıqlar aparır. Düşünülürdü ki, bununla da qardaş Türkiyə ilə Azərbaycan arasında münasibətlərə kölgə salmağa nail olunsun. Bu da ermənilərin növbəti xain niyyətinin bariz nümunəsi idi.

Amma başa düşmürlər ki, Azərbaycan Türkiyə qardaşlığı sarsılmaz bağlara əsaslanır. Bunu hansısa bir gizlin əməkdaşlıq təklifləri ilə zədələmək mümkün olmayacaq.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər