Nizami Gəncəvi insanlar üçün mirasdır. O əvəzolunmaz, dünyanı dəyişməyə səbəb olan insanlardandır.
Bunu Teleqraf.com-a açıqlamasında İtaliya prezidentinin siyasi məsələlər üzrə müşaviri Antonio Zanaradi Landi “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumu"na dair təəssüratlarını bölüşərkən deyib.
O bildirib ki, hazırda dünyada dünyada bir çox problemlər var. "Azərbaycan ötən il bütün dünyaya gücünü göstərdi. Torpaqlarının ərazi bütövlüyünü bərpa etdi. 44 günlük müharibədə Qarabağın alınmasında canlar qurban verdi. Bunun baş verməsi üzücüdür, amma beynəlxalq ədalət var" - deyə o qeyd edib.