13 Noyabr 2021 16:00
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son bir ildə cənab Prezident İlham Əliyevin rəhbərliyində Azərbaycan dövlətinin sədrliyi müddətində Türk birliyi bütün əvvəlki illərlə müqayisədə böyük bir inkişaf yolu keçib. Bu münasibətlərin təkcə milli-mənəvi deyil, eyni zamanda təşkilati və maddi təməlləri möhkəmləndirilib. Özbəkistan bu prosesə qayıdıb, Türkmənistan və Macarıstan da Türk birliyinin təşkilatı fəaliyyətində iştirak etməyə başlayıblar.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.

Professor bildirib ki, bərabər qardaşların birliyi olan Türk Şurasında hamı birgə, bir-biri üçün çalışır:

“Əməkdaşlığın müxtəlif istiqamətləri müəyyənləşdirilib, sistem halına salınıb və inkişaf etdirilir. Cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında müharibədə qazanılan qələbə təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının və dünyada ədalətsevər insanların qələbəsidir. Bu qələbə Türk dünyasında zəfərlərin müjdəçisidir”.

Millət vəkili hesab edir ki, Qələbə türk dünyasında özünəinam, güvən hisslərini artırdı, qələbə əzmini gücləndirdi:

“Türk dünyasına bundan böyük xidmət varmı? İstanbulda keçirilən Türkdilli Dövlət Başçılarının VIII zirvə görüşündə cənab Prezidentimiz İlham Əliyevə təqdim edilən Ali Mükafat bu böyük xidmətin və rolun qiymətləndirilməsidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər