16 Noyabr 2021 11:52
395
12 Punto 14 Punto 16 Punto 18 Punto

İcbari tibbi sığortanı nəzərə alaraq gələn il səhiyyə sahəsinə 1 milyard 789 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxış edən Maliyyə naziri Samir Şərifov deyib.

O əlavə edib ki, bu məbləğ ötən ilin dövlət büdcəsindən səhiyyəyə ayrılan maliyyədən 119 milyon manat çoxdur.

Bu maliyyənin 1 milyard 26 milyon manatının əmək haqlarına xərclənəcəyinə diqqət çəkən nazir qeyd edib ki, 464 milyon manatda xəstəxana və poliklinikaların saxlanılmasına, habelə COVID-19-a qarşı tədbirlərə sərf ediləcək: “Eyni zamanda 119 milyon manat xroniki xəstəliklərin mayinəsinə və müalicəsinə ayrılacaq”.


Müəllif: Nemət

Oxşar xəbərlər