17 Dekabr 2021 11:25
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Olimpiya Komitəsinin VIII Hesabat-seçki Baş Məclisinin iclasında İcraiyyə Komitəsinin seçkiləri keçirilib. Çingiz Hüseynzadə, Fərid Qayıbov, Azər Əliyev, Zemfira Meftaxetdinova, Nazim Hüseynov, Namiq Abdullayev, Fərid Mansurov, Faiq Qarayev, Mariana Vasileva və Ramil Hacı ilə birlikdə millət vəkili Könül Nurullayeva da komitənin üzvü seçilib.

Bu barədə Teleqraf.com-a danışan K.Nurullayeva Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə idmanın inkişafı ölkəmizdə daim dövlətin diqqət mərkəzində olduğunu söyləyib:

“Elə bu səbəbdəndir ki, ölkəmiz ən mötəbər idman yarışlarına ev sahibliyi edir. Buna görə də ölkəmiz dünyada böyük nüfuz sahibi olub. MOK-a yenidən üzv seçilmək mənim üçün böyük qürur və məsuliyyətdir. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla, eyni zamanda səsvermədə iştirak edən MOK-un hər bir dəyərli üzvünə göstərdikləri etimada görə dərin minnətdarlığımı bildirirəm”.

Millət vəkili uzun illər idman sahəsində, o cümlədən MOK-da çalışmış biri kimi bundan sonra da ölkəmizdə idmanın inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirib: “Bundan sonra da yerli və beynəlxalq idman tədbirləri üzrə fəaliyyətini genişləndirərək, doğma Azərbaycanımın təbliğatı istiqamətində var gücümlə çalışacağam”.

Xatırladaq ki, Hesabat-seçki Baş Məclisinin iclasında Prezident İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib.


Müəllif: Tapdıq Qurbanlı