22 Dekabr 2021 15:58
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Gürcüstan Müdafiə Nazirliyi arasında 2022-ci il üçün ikitərəfli əməkdaşlıq planı" imzalanıb.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Sənədi Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze imzalayıblar.

Qeyd edək ki, dekabrın 21-də Z.Həsənov və C.Burçuladze arasında görüş olub. Görüşdə tərəflər hərbi əməkdaşlığın inkişaf perspektivləri, birgə hərbi təlimlərin keçirilməsi, işçi görüşlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər