1 Fevral 2022 12:17
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan vətəndaşları Serbiyaya vizasız gedə biləcəklər.

Teleqraf.com-un məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər