16 Fevral 2022 13:43
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Ermənistanda normal siyasi hakimiyyət mövcud deyil. Hakimiyyətdə olan Nikol Paşinyan da qeyri-ciddi fiqurdur. O özünün imza atıb öhdəlik götürdüyü məsələlərin mahiyyətini belə dərk etmir. 2020-ci ilin 10 noyabrı və ondan sonra Ermənistan iki razılaşmaya imza atıb. Amma bu günə qədər bu razılaşmalardakı öhdəlikləri Ermənistan icra etməyib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Professorun sözlərinə görə, Ermənistanda real hakimiyyətə qarşı olan qüvvələr bir çox məsələlərdə təzyiq imkanlarını özündə saxlayıb:

“Paşinyan komandası da bu təzyiqlər qarşısında həlledici qərar qəbul edə bilmir. Paralel olaraq indiki Ermənistan hakimiyyəti asılı olduğu dairələrdən də atacağı addımlarla bağlı razılıq almalıdır. SOROS və digər Qərb fondaları N.Paşinyanı hakimiyyətə gətirməklə onun üzərinə mühüm öhdəliklər qoyub. O da bu mərkəzlərin təlimatlarından kənara çıxa bilmir”.

Millət vəkili bildirib ki, erməni lobbisinin Ermənistan hakimiyyətinə olan real təzyiqləri də unudulmamalıdır:

“Amma buna baxmayaraq Azərbaycan qarşı tərəfə konkret yekun sülh üçün vaxt verə bilər. Bu baş verməsə, daha ciddi addımların atılması da qaçılmaz olacaq. Müşahidə edilən odur ki, Ermənistan tərəfi öhdəlikləri icra etmək əvəzinə təxribatlarla məşğul olur”.

Eldar Quliyev Azərbaycanın əldə edilən razılaşmalara uyğun olaraq bütün nəzərdə tutulmuş addımları atdığına diqqət çəkib:

“Ermənilərin “arzuları” elə ürəklərində qalacaq. ATƏT-in Minsk qrupunun ünvanını isə Prezident İlham Əliyev göstərib. Artıq Qarabağ problemi həll edilib. Ölkə başçısının vurğuladığı kimi vaxtilə Qarabağda yaşamış Azərbaycan vətəndaşları olan ermənilər oraya qayıdıb yaşaya bilər. Ancaq Azərbaycan qanunları çərçivəsində onların yaşaması mümkündür”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər