3 Oktyabr 2022 13:15
2 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birincisi, başa düşməliyik ki, təbliğat müharibəsi davam edir. Buna uyğun olaraq qarşı tərəfin insanlıqdan kənar davranışı var. Burada məhz bu “qanunlara” uyğun olan iki məqsəd güdülür. İlk növbədə erməni tərəfi göstərməyə çalışır ki, “düşmən” heç bir insani xüsusiyyətə malik deyil. Onlar bunu həm də öz cəmiyyətinə “çatdırmaq” istəyir. Əsas hədəf isə odur ki, cəbhədə olan əsgərləri əsir düşməyə qorxsun və beləliklə, sona qədər döyüşsün.

Bunu Teleqraf.com-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

Sabiq diplomat hesab edir ki, bu, qarşı tərəfin hərbi təbliğatının bir növüdür: “Digər məsələ isə odur ki, xaricdə Azərbaycana qarşı bu və ya digər formada təbliğat kampaniyasını əsaslandırmaq üçün “səbəb” lazımdır. Bunu da məhz hansısa bir kampaniyanı hərəkətə gətirmək üçün edirlər. Bu, erməni tərəfinin ənənəvi feyk materiallarından biridir. Burada ayrı bir fikir də ola bilməz”.

Tofiq Zülfüqarova görə, məlum videoya baxdıqda oradakı uyğunsuzluqlarla da tanış olmaq mümkündür: “Mütəxəssislər araşdırıb daha dəqiq analiz materialı oartaya qoyacaqlar. Bununla bağlı hərbçilərin də təhlilləri var və sosial şəbəkələrdə də yer alıb. Hamıya məsləhət görürəm ki, professional yanaşmaları diqqətlə oxusun.

Azərbaycanın sosial media istifadəçilərinə müraciət edirəm ki,diskusiyalarda daha diqqətli olsunlar. Birincisi, bu videodakının bizim əsgərimiz olub-olmadığı aydınlaşmayıb. Ona görə də, haqlı-haqsız məsələsini ümümiyyətlə müzakirə etmək lazım deyil”.

Politoloq bildirib ki, Azərbaycan əsgəri düşmənə nifrətlə yanaşsa da, əsir düşənlərə islam dəyərlərinə uyğun mərhəmət göstərir: “Ona görə də, bu mövzu barəsində lazımsız diskusiya aparmaq düşmən dəyirmanına su tökmək kimi bir şeydir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər