Azərbaycanın Türkiyədəki səfirliyi vətəndaşlarımıza müraciət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə səfirlikdən bildirilib.
Qeyd olunub ki, təxliyə avtobusu bu gün, fevralın 8-də saat 15:30-da Qaziantep vilayəti avtovağzalından Azərbaycana yola düşəcək.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 7 108 nəfər ölüb, 40 910 nəfər yaralanıb.
Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.