17 Fevral 2023 21:48
331
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında səylərini bundan sonra da davam etdirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşdə bildirib.

Şarl Mişel Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında, sülh müqaviləsi üzrə danışıqlarda, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunmasında səylərini bundan sonra da davam etdirəcəyini qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər