13 Sentyabr 2023 11:19
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ağdam-Xankəndi marşrutunun açılması Laçın yolunun paralel istifadəsinə kömək edəcək mühüm addımdır".

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatında deyilir.

“Biz Rusiya yüklərinin Ağdam-Əsgəran marşrutu ilə keçməsini qeydə alırıq. Bu, yerli əhalinin müntəzəm ərzaq təminatının bərpasına təkan verəcək”, - bəyanatda bildirilib.

Ş.Mişel həmçinin Bakı ilə Qarabağda yaşayan ermənilər arasında dialoqun qurulması, barışıq səyləri və ümumilikdə Ermənistan-Azərbaycan sülh prosesi daxil olmaqla, daha konkret addımların atılacağına ümid etdiyini bildirib.

Bəyanatda vurğulanıb ki, Aİ rəhbəri Azərbaycan və Ermənistan liderləri ilə təmasları davam etdirir. Əlavə edilib ki, Ş.Mişel sentyabrın 10-da Yeni Delhidə keçirilən G20 sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da danışıqlar aparıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər