8 Fevral 11:34
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

MDB-nin Baş katibi və təşkilatın müşahidə missiyasının rəhbəri Sergey Lebedev Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib.

Teleqraf.com xəbər verir ki, MDB-nin Baş katibi və təşkilatın müşahidə missiyasının rəhbəri Sergey Lebedev dəqiq işə görə təşəkkür edib.

“Keçirilən prezident seçkilərində 160-dan çox MDB nümayəndəsi iştirak edib. Ermənistan, Moldova və Ukrayna iştirak etməyib. İlk növbədə seçicilər yüksək səviyyədə iştirak ediblər. Müşahidəçilərimiz artıq neçə həftədir ki, Bakıdadılar. Seçkilər çox yüksək səviyyədə təşkil olunub. İnsanların üzü gülürdü. Azərbaycanlı seçici və müşahidəçilərlə söhbətlər aparırdım. Hər biri çox səmimi idilər. Seçkilərdə iştirak edən namizədlərin hər biri yüksək səviyyədə təmsil olunurdu. Postsovet məkanında keçirilən ən davamlı və şəffaf seçki idi. Bütün namizədlər xalqla çox səmimi söhbətlər aparırdılar. Keçirilən müşahidələr nəticəsində seçki azad, şəffaf və qanunlara uyğun keçirilib”.

Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA) müşahidə missiyasında iştirak edən Qırğızıstanın deputatı Tınçtık Şahnazarovun sözlərinə görə, tam əminliklə demək olar ki, Azərbaycanda prezident seçkiləri heç bir qanun pozuntusu olmadan keçirilib: “MDB nümayəndələri olaraq bir-birimizi daha yaxşı tanıyırıq. Dövlətin istinad yeri əlbəttə ki, xalqıdır. Xalq seçirsə, xalq istəyirsə, beynəlxalq təşkilatlar buna heç nə deyə bilməz. MDB PA müşahidələri xalqın rəyinə inanır və dəstəkləyir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər