14 Fevral 14:30
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan növbəti dəfə sərhəddə təxribata əl atdı. Bir əsgərimiz yaralandı. Azərbaycanın adekvat reaksiyası nəticəsində qarşı tərəfin hərbi postu və bir neçə hərbçisi məhv edildi. Bu, Ermənistana edilən növbəti xəbərdarlıq idi. Çünki təxribatın xroniki hal almasına qarşı ən effektiv üsul məhz belə də olmalıdır.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

“Bunu Cənubi Qafqazda yeni müharibə üçün açılan atəş kimi dəyərləndirənlər də var. Amma reallıq odur ki, Azərbaycana və Ermənistana yeni müharibə lazım deyil. Erməni tərəfindən edilən bu təxribat sabitliyi pozmaq, yeni müharibənin başlanmasını istəyən qüvvələrin əməli kimi də dəyərləndirilir”, - deyə o qeyd edib.

Politoloq hesab edir ki, Ermənistanda Nikol Paşinyanı yıxmaq üçün vəziyyəti gərginləşdirənlər var:

“Azərbaycanla Ermənistanı yeni müharibəyə təhrik edib, erməni tərəfinin növbəti məğlubiyyəti sayəsində Paşinyanı devirmək istəyən qüvvələr mövcuddur. Çünki müxtəlif üsullarla hakimiyyəti dəyişmək planı alınmayıb. Ona görə də, belə təxribatlara əl atırlar”.

Zərdüşt Əlizadəyə görə, indiki halda Azərbaycanın müharibə aparmaq niyyəti yoxdur:

“Sülh müstəvisində proseslərin irəliləməsi üçün konkret addım atılmalıdır. Tərəflər arasında bir neçə vacib görüş keçirilib. Amma yekun sülh üçün siyasi iradə nümayiş etdirilməlidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər