13 İyun 14:10
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keşiş Baqrat Qalstanyanın Ermənistanda siyasi hakimiyyətə qarşı demarşı davam edir. Amma bunun fonunda hakimiyyət o qədər də narahat görünmür. Nikol Paşinyan mafiya nökərlərindən, küçə uşaqlarından qorxmur. Əgər o, Qalstanyana, küçə adamlarına hakimiyyəti versə, ikinci Mütəllibov (Ayaz Mütəllibovu nəzərdə tutur) olacaq.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

O qeyd edib ki, bir çox hallarda Ermənistandakı bu hadisələrdə Paşinyanın özünün maraqlı olduğu da iddia edilir:

“Bu əslində məntiqsiz yanaşmadır. Faktiki olaraq Ermənistanda hakimiyyət davası gedir. Kim daha qətiyyətlidirsə, o gəlib hakimiyyəti götürəcək. Qarabağ məsələsi artıq həll olunub. Azərbaycan qələbə qazanıb. Bundan sonra Ermənistan göyə çıxsa, yerə girsə heç nə edə bilməyəcək”.

Politoloq bildirib ki, Azərbaycanla bağlı erməni tərəfinin məsələsi bitib:

“Hazırda kim erməni xalqını qarət edəcək, Ermənistan büdcəsinə sahib olacaq davası gedir. Köhnə mafiya hakimiyyəti özünə qaytarmaq istəyir. İddia edirlər ki, Paşinyan Ermənistan torpaqlarını Tavuş istiqamətində Azərbaycana verir. 4 işğal edilmiş Azərbaycan kəndi qaytarılıb. Amma həyasızcasına deyirlər ki, onlar bizim torpaqlar idi. Göstərirlər ki, a kişilər, həmin 4 kəndin heç birisi Ermənistanın dövlət sərhədi daxilində, xəritələrdə yoxdur. Amma onlar yenə də şər-böhtanla məşğul olurlar”.

Zərdüşt Əlizadə vaxtilə Azərbaycanda Xalq Cəbhəsinin də Ayaz Mütəllibovu şərlədiyini söyləyib:

“Özləri milli ordu yaratmağa qoymurdular. Bandit, partizan dəstələri yaratmışdılar. Qarabağın müdafiəsini belə sabotaj edirdilər. Amma yekunda hər şeyi Mütəllibovun üstünə yıxırdılar. Ermənistanda da indi eyni proses gedir. Hakimiyyət davasında mafiya hər zaman eyni fəndlərdən istifadə edir. Güman olunur ki, Paşinyan Mütəllibov kimi davranmayacaq. Yekunda onları əzəcək. Ona görə də, Paşinyon onları saymır, gedib şortikini geyinib velosiped sürür, marojna yeyir. Xalqa da göstərir ki, Qalstanyanın başına yığılanlar heç kimdir, mən onları adam saymıram”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər